Yuxarı

Azərbaycan güləşçisi dünya çempionatında gümüş qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan güləşçisi dünya çempionatında gümüş qazandı

Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Axar.az xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə dördqat dünya çempionu, ABŞ idmançısı Kayl Deykə məğlub olaraq ikinci yeri tutub.

Bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kiloqram) üçüncü yer uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baytsayevə qalib gələrək bürünc medal qazanıb.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) qızıl, Nihat Məmmədli (63 kiloqram) isə gümüş medal qazanıblar.

Dünya çempionatı oktyabrın 24-dən noyabrın 1-dək Astanadakı “Barys Arena” idman kompleksində keçirilir. Yarışlarda 135 ölkədən 900-dən çox idmançı iştirak edir. Proqrama yunan-Roma, sərbəst və qadın güləşi daxildir.

Tarix
2026.10.31 / 19:46
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla