Yuxarı

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb.

Bu barədə Axar.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, 12 sentyabr 2011-ci il təvəllüdlü, Ağdam rayon sakini Samirə Həsənova (şərti ad) oktyabrın 1-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə getməsi barədə ailəsi tərəfindən "102" Xidməti-Zəng Mərkəzinə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra polis əməkdaşları tərəfindən axtarış tədbirlərinə başlanılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən də, məsələ ilə bağlı araşdırma aparılıb və aidiyyəti qurumlarla əlaqələndirmə həyata keçirilib.

Araşdırma zamanı azyaşlının Şəmkir rayon sakini olan şəxslə evlənmək məqsədilə ailəsindən xəbərsiz getdiyi müəyyən edilib. Onun 15 yaşında olması nəzərə alınaraq, polis əməkdaşlarının keçirdiyi operativ tədbirlər nəticəsində yeri qısa müddətdə müəyyənləşdirilib və tapılaraq ailəsinə təhvil verilib.

Beləliklə, azyaşlının təhlükəsizliyi təmin olunub və erkən evliliyə cəlb edilməsinin qarşısı alınıb.

Hazırda məsələ ilə bağlı araşdırma Ağdam Rayon Polis Şöbəsi tərəfindən davam etdirilir.

Tarix
2026.10.03 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

Kamilliyə vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla