Yuxarı

İranda “Starlink” peyklərinə çıxışı bu iki ölkə kəsib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda “Starlink” peyklərinə çıxışı bu iki ölkə kəsib

Çin Rusiyanın köməyi ilə İran üzərində “Starlink”i zərərsizləşdirib.

Axar.az xəbər verir ki, bunu İran əsilli britaniyalı jurnalist Puriya Zaraati özünün X səhifəsində yazıb.

“Faktiki olaraq avadanlıqları Rusiya verdi, Çin təlimatları yerinə yetirdi. İranda “Starlink”in kəsilməsi göstərdi ki, bu metod işləyir”, - Zaraati bildirib.

Onun sözlərinə görə, İrandakı hadisələrdən əvvəl aşağı orbitli peyklərin maneələrlə üzləşmədiyi və “Starlink” siqnallarının daim tezlikləri dəyişdirdiyi və hərəkət etdiyi üçün təsirlənmədiyi barədə fikir birliyi var idi. Bu iddia hazırda ciddi şəkildə şübhə altına alınır:

“Məsələn, “SpeysX” Rusiyanın müdaxiləsindən qorunmaq üçün Ukraynadakı proqram təminatını dəyişdirdi.

Amma iki ay əvvəl çinli tədqiqatçılar Tayvan üzərində “Starlink” əlaqələrini bloklamaq üçün bir həll yolu tapdıqlarını açıqladılar. Söhbət “Ku-diapazon” tezlikləri boyunca yayılan 935 kogerent yerüstü müdaxilədən gedir. İndi İranın faktiki olaraq sınaq meydançasına çevrildiyi görünür. Ölkədəki qırx min terminal hazırda demək olar ki, tamamilə iflic vəziyyətindədir və ölkə daxilində baş verənlər barədə məlumatların verilməsini əngəlləyir".

Qeyd edək ki, İranda “Starlink” şəbəkəsinə giriş trafikinin təxminən 80 faizi kəsilib.

Tarix
2026.01.13 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Konstitusiyamız demokratik inkişafa təminat yaradan...

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla