Yuxarı

Sərhədimizin 6-cı ildir bağlı qalmasının səbəbi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhədimizin 6-cı ildir bağlı qalmasının səbəbi...

Azərbaycanın 2020-ci ildə, pandemiya zamanı bağlanan sərhədləri hələ də açılmayıb, artıq 6-cı ildir. Dünyada quru sərhədləri bağlı qalan yeganə ölkə statusunu davam etdirməyimizin bədəli də var:

- ölkənin turizm potensialına zərbə dəyir, hətta ərazi, əhali, təbii imkanlar baxımından Azərbaycandan 2-3 dəfə geri qalan Cənubi Qafqazın digər iki ölkəsi daha çox turist cəlb edə bilir və nəticədə turizmdən gəlirlərini sürətlə artırır;

- iqtisadi fəallığa, fərdlərin ticari imkanlarına əhəmiyyətli dərəcədə təsir göstərir;

- vətəndaşlara əlavə maliyyə, sosial və vaxt baxımından ciddi ziyan vurur. Belə ki, Azərbaycan dünyada öz tarixi torpaqları ilə əhatə olunan, “hər qonşuda bir parçası əsir qalan” yeganə ölkədir. Ona görə, məsələn, Borçalıda qohumunun şad məclisində və yaxud yasında iştirak etmək istəyən qazaxlı/tovuzlu Bakıya gəlib, Tiflisə uçub, sonra yaşadığı kəndin cəmi 20 km-liyində yerləşən kəndə qayıtmalı, məclisdən sonra “pandemiyanın cızdığı yeni marşrutu” təkrarlamalıdır. Bu da böyük pul və vaxt itkisidir və s.

Azərbaycanın dövlət büdcəsində builki artım cəmi 0,6 faizdir, müqayisə üçün deyək ki, Ermənistan büdcəsində artım 25% nəzərdə tutulur (təxminən 8 milyard dollardan 10 milyard dollara).

Yəni sərhədlərin bağlı olması bütün sahələrə təsir edir və ciddi çətinliklər yaradır. Buna baxmayaraq, Azərbaycanda sərhədin bağlı qalması qərarı 2026-cı ilin aprelinə qədər uzadıldı.

Niyə Azərbaycan 6 ildir sərhədini açmır? İqtisadi təsirləri nəzərə alınmaqla, sərhədlərin açılması apreldən tez baş verə bilərmi?

Əslində, 12 günlük müharibədən sonra sərhədlərin açılacağı gözlənilirdi. Amma görünür, Azərbaycan rəhbərliyinin hesablamaları və proqnozları daha dəqiq və qüsursuzdur: İran daxilində və ətrafında baş verən proseslər ölkəmizin təhlükəsizliyi ilə bağlı həssaslığı ən yüksək səviyyəyə qaldırıb.

Dünyanın aparıcı araşdırma mərkəzləri, strateqlər, politoloqlar Azərbaycanın İranda baş verən proseslərə hazır olması barədə çağırışlar edirlər və bu çağırışlar ötən ilin ortalarından səslənir.

Belə təxmin etmək olar ki, Azərbaycan bu çağırışlardan 5 il öncə hazırlıqlara başlayıb.

Ona görə sərhədlərin tezliklə açılacağını gözləməyə dəyməz.

Tarix
2026.01.13 / 14:22
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla