Yuxarı

Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” sözləri Azərbaycanda haqlı narazılıq yaradıb. Çaldıran döyüşündə kimin qalib, kimin məğlub olduğu, Şah İsmayılla Sultan Səlimin münasibətləri və digər tarixi faktlarla bağlı (bu haqda kifayət qədər yazılıb) müzakirələrin iki mənfi nəticəsi olur:

Birincisi, Azərbaycan və Türkiyə ictimaiyyəti arasında uçurum dərinləşir;

İkincisi, Şah İsmayıl irsinə sahib çıxmağa çalışan İran bundan Azərbaycan ictimai rəyində Türkiyəyə qarşı “tarixi düşmənçilik” təbliğatında istifadə edir.

İran 2020-ci ilin Tovuz döyüşləri zamanı Çaldıran döyüşü üzərindən Türkiyəyə qarşı genişmiqyaslı kampaniyaya start vermişdi. 44 günlük müharibədən sonra bu kampaniya sürətləndi və zaman-zaman səngisə də, aktual olaraq qalır. Çünki həmin dövrdən etibarən Türkiyə Azərbaycanla müttəfiqlik üzərindən Cənubi Qafqazda güclənməyə aşılanmışdı. Belə kampaniyada hədəf seçilənlərdən biri də birbaşa Ərdoğanın özü olub. İndi Ərdoğan Çaldıran döyüşü ilə bağlı dedikləri ilə əslində İrana fürsət verir.

Türkiyənin siyasi elitasına bunu izah etmək lazımdır. Tarix üzərindən ayrılıq yaratmaqdansa, Azərbaycanın qızılbaş irsindən Yaxın Şərqdə istifadə etmək Türkiyə üçün daha sərfəli olardı.

Tarix
2025.05.18 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla