Yuxarı

Aygün Səmədzadəyə yüksək vəzifə verildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, bəstəkar Aygün Səmədzadə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub.

Kult.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Aygün Səmədzadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb.

Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Tarix-nəzəriyyə fakültəsində təhsilini davam etdirib. Konservatoriyanı bitirdikdən sonra bu təhsil ocağının Musiqi tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərib.

2003-cü ildə türkiyəli bəstəkar Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib.

Aygün Səmədzadə bir çox tanınmış müğənninin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir. O, həmçinin Elçinin "Qatil", "Şekspir", Hüseyn Cavidin "Əmir Teymur", "İblis", İlqar Fəhminin "Mənəm, mən…", Stefan Sveyqin "Yad qadının məktubu" tamaşalarına, eləcə də "Əlavə təsir", "Sirr", "Axırıncı dayanacaq" kimi filmlərə musiqi yazıb.

Yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilən bəstəkar 2011-ci ildə “Əməkdar incəsənət xadimi”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Tarix
2025.05.17 / 09:30
Müəllif
Kult.az
Digər xəbərlər

Rusiyadan Azərbaycan və daha üç ölkəyə təklif...

Rusiyadan açıqlama: Azərbaycanla razılığa gəldik!

Liderlər mətbuata birgə bəyanatla çıxış etdilər - Foto

Üç türk ölkəsi liderlərinin iştirakı ilə sənədlər imzalandı

İlham Əliyevlə Berdiməhəmmədovun geniş tərkibdə görüşü oldu

Prezident: Bölgəmizdə yeni əməkdaşlıq formatı yaradılır

Mirziyayevdən Xəzərdəki yataqlarla bağlı təklif...

Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident

Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi...

Üç türk ölkəsi liderlərinin görüşü oldu - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla