Yuxarı

Milli Yaylaq Festivalının açılışı oldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə Göygöl rayonunda keçirilən IV Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi olub.

Kult.az xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan çıxışında Milli Yaylaq Festivalının ilk dəfə 2019-cu ildə Gədəbəy rayonunda təşkil edildiyini xatırladıb.

Gənclər və idman naziri Fərid Qayıbov bu cür festivalın keçirilməsinin Azərbaycan üçün böyük uğur olduğunu bildirib.

Tədbir bədii hissə ilə davam edib. Xan yaylağında orijinal üslubda “Yaylaq yurdu” adlı etnoqəsəbə yaradılıb. Qonaqlar etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır meydanı, “Yaylaq (kənd təsərrüfatı məhsulları) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (kənd təsərrüfatı heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişmələri, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.

Tarix
2025.08.16 / 20:21
Müəllif
Kult.az
Digər xəbərlər

İcra başçısını ittiham edən qohumu barədə qərar

Bu, Bakının mövqeyini gücləndirir - Yücə

Azərbaycan və Ukrayna XİN başçıları danışdı

Prezidentin rütbə verdiyi hərbçilər, görün, kimdir

Tramp Putinlə görüşdən sonra bunu elan etdi - Foto

Tramp və Putin razılaşdı: Zelenski qəbul edəcək?

Putin Alyaskada onların məzarını ziyarət etdi - Foto

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Alyaskadan Bakıya müsbət mesaj: Kreml cəsarət etməyəcək!

Alyaskada Putinə göz dağı: görüşün nəticələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla