Yuxarı

Prezidentin rütbə verdiyi hərbçilər, görün, kimdir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin rütbə verdiyi hərbçilər, görün, kimdir

Bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi ilə bağlı sərəncam imzalayıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, general-mayor Babək Vahid oğlu Qurbanova general-leytenant, Azər Əliyusif oğlu Şirinova isə general-mayor hərbi rütbələri verilib.

Babək Qurbanov 19 iyul 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. O, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatının rəhbəri, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Azərbaycanın ərazi bütövlüyünün bərpasında və işğal altındakı torpaqların azad olunmasında göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Babək Qurbanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

O, həmçinin Prezidentin 2 fevral 2024-cü il tarixli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.

Azər Şirinov da Vətən müharibəsi iştirakçısıdır. O, "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub.

O, həmçinin 2023-cü il sentyabrın 27-də Ermənistan istiqamətində hərəkət edən və saxlanılan, qondarma "Dağlıq Qarabağın dövlət naziri" Ruben Vardanyanın tutulduğu "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin rəisi vəzifəsində çalışıb.

Tarix
2025.08.16 / 15:01
Müəllif
Axar.az
Digər xəbərlər

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla