Yuxarı

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bakı şəhərinin Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyevi bıçaqlayan şəxs həbs edilib.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, 2002-ci ildə Yevlax rayonunda anadan olmuş Ramin Əlisahib oğlu Hüseynzadə barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silah və ya silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə törədilməsi) maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

R.Hüseynzadə Elşad Vəliyevə bıçaqlı hücum etməkdə təqsirli bilinib. O, özü ilə gətirdiyi mətbəx bıçağından silah qismində istifadə edərək bələdiyyə sədrinə qarın və sağ ayaq nahiyəsindən bir neçə dəfə zərbə endirib və ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bundan başqa yumruq zərbəsi ilə Elşad Vəliyevin sol göz nahiyəsinə vuraraq dərialtı hematoma və sol göz almasına qansızma ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər yetirib.

Məhkəmə materiallarından məlum olub ki, Ramin Hüseynzadə bir müddət Elşad Vəliyevin ailəsinə məxsus restoranda ofisiant işləyib. Həmin dövrdə o, qanunsuz olaraq qaraja daxil olub, bələdiyyə sədrinə məxsus avtomobilin şüşələrini sındırıb. Hadisədən sonra Elşad Vəliyev onu bağışlasa da işdən çıxarıb.

Bundan sonra R.Hüseynzadə E.Vəliyevdən qisas almaq məqsədilə təxminən bir ay ərzində müxtəlif vaxtlarda onu yaşadığı evin yaxınlığında gözləyib.

Bələdiyyə sədrini gördükdə isə "Gör, səni indi necə öldürürəm, məhv edirəm" kimi ifadələr səsləndirərək, ona bıçaqla hücum çəkib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini deyib. İfadəsində göstərib ki, Elşad Vəliyevlə münasibətləri restoranda ofisiant işlədiyi dövrdə pozulub. İşdən çıxarıldıqdan sonra psixoloji gərginlik yaşadığını, yuxularının pozulduğunu və kiminsə onu izlədiyini zənn etdiyini bildirib. Onun sözlərinə görə, bu məsələlərə aydınlıq gətirmək üçün zərərçəkmişin yaşadığı evin yaxınlığına gedib. Həmin vaxt Elşad Vəliyevlə qarşılaşıb, aralarında mübahisə yaranıb və o, bıçaqla 2-3 dəfə zərbə endirib.

Məhkəmənin hökmü ilə Ramin Hüseynzadə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 2 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Tarix
2026.07.06 / 18:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla