Yuxarı

Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu kartla nəqliyyat ödənişinin 10%-i geri qaytarılacaq

TəhsilPlus kartı çərçivəsində təhsil işçiləri üçün nəqliyyat sahəsində təqdim olunan üstünlüklərin əhatə dairəsi genişlənir.

Bu barədə Axar.az-a Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Bildirilib ki, iyulun 1-dən sentyabrın 30-u tarixləri ərzində Gəncə şəhərində ictimai nəqliyyat üzrə bütün TəhsilPlus kartları ilə həyata keçirilən ödənişlər zamanı məbləğin 10%-i kart hesabına geri qaytarılacaq.

Geri qaytarılan məbləğ hər bir əməliyyatdan dərhal sonra, real vaxt rejimində istifadəçinin TəhsilPlus kart hesabına köçürüləcək. Təklif çərçivəsində geri qaytarılan məbləğ və əməliyyat sayı üzrə hər hansı limit nəzərdə tutulmur.

TəhsilPlus kartı istifadəçiləri nəqliyyat sahəsində daha bir üstünlükdən də daim yararlana bilirlər. Belə ki, BakıKart QR bilet vasitəsilə həyata keçirilən ödənişlər zamanı 10% bonus hesablanır.

Nəqliyyat üstünlükləri ilə yanaşı, TəhsilPlus kartı istifadəçiləri layihənin tərəfdaş şəbəkəsinə daxil olan müxtəlif müəssisələrdə alış-veriş, sağlamlıq, xidmət, istirahət və digər kateqoriyalar üzrə xüsusi endirim və bonuslardan da yararlana bilirlər.

"TəhsilPlus" layihəsi Təhsilin İnkişafı Fondu, Kapital Bank və "Mastercard" qlobal texnologiya şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilir.

Layihə çərçivəsində kartların bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil işçilərinə mərhələli şəkildə təqdim edilməsi nəzərdə tutulur.

Eyni zamanda təhsil işçiləri üçün müxtəlif sahələrdə yeni üstünlüklərin yaradılması və tərəfdaş şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Tarix
2026.07.07 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla