Yuxarı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Oktyabrın 8-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Türkmənistanın Avaza turizm zonasında keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalında iştirak edib.

Axar.az xəbər verir ki, festivalda İlham Əliyevlə yanaşı, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Tacikistan Prezidenti İmaməli Rəhman, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şövkat Mirziyayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edib.

Dövlət və hökumət başçıları MDB ölkələri xalqlarının milli mətbəxi, adət-ənənələri və mədəni irsi haqqında məlumat əldə ediblər.

Festival zamanı iştirakçılara Azərbaycan, Qırğızıstan, Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Tacikistan, Özbəkistan və Türkmənistandan milli yeməklər, ənənəvi geyimlər və musiqi əsərləri təqdim edilib.

Tarix
2026.10.08 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ İrəvandakı bu mərkəzi Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla