Yuxarı

Minaya düşənlər şəhid atası və qardaşıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Minaya düşənlər şəhid atası və qardaşıdır

Bu gün Cəbrayıl rayonu ərazisində minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun ailə üzvləridir.

Axar.az APA-ya istinadən xəbər verir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində bu gün minaya düşən Əşrəf Elman oğlu Qəhrəmanov Ruhin Qəhrəmanovun atası, Orxan Əşrəf oğlu Qəhrəmanov isə qardaşıdır.

Ruhin Qəhrəmanov 2016-cı il aprel ayının 2-də Lələtəpə yüksəkliyinin düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Qeyd edək ki, bu gün Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində iki mina hadisəsi baş verib.

2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Orxan Əşrəf oğlu Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Orxan Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bundan bir müddət sonra 1966-cı il təvəllüdlü Əşrəf Elman oğlu Qəhrəmanov oğlunun minaya düşdüyü əraziyə daxil olaraq piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Əşrəf Qəhrəmanov da xəsarət alıb.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

Tarix
2026.10.09 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla