Yuxarı

AFFA FİFA ilə bağlı islahat çağırışını dəstəkləmədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AFFA FİFA ilə bağlı islahat çağırışını dəstəkləmədi

AFFA FİFA-nın rəhbərliyində islahatların aparılması ilə bağlı UEFA və Avropanın digər milli assosiasiyalarının mövqeyini dəstəkləməyib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, UEFA-ya üzv 55 milli assosiasiya FİFA-nın idarəetmə sistemində islahatların aparılması ilə bağlı ümumi mövqeyə gəlib. AFFA isə bu təşəbbüsü dəstəkləməyən yeganə assosiasiya olub.

Milli assosiasiyalar FİFA-nın hazırkı rəhbərliyinə etimadlarını itirdiklərini bildiriblər. UEFA hesab edir ki, institusional dəyişikliklərlə yanaşı, FİFA-ya yeni rəhbərliyin gəlməsi də zəruridir.

Hazırda FİFA-ya Canni İnfantino rəhbərlik edir. O, 2016-cı ildə FIFA prezidenti seçilib, daha sonra isə iki dəfə rəqibsiz şəkildə yenidən prezident olub. FİFA prezidentinin növbəti seçkisinin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır. İnfantino seçkidə iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, UEFA ilə FİFA arasında münasibətlər İnfantinonun irəli sürdüyü və futbolun əsas turnirlərinin kommersiya hüquqlarının özəl investorlara verilməsini nəzərdə tutan "FİFA Forward Enterprise" layihəsindən sonra daha da gərginləşib. İnfantino daha sonra layihədən imtina etsə də, UEFA FİFA rəhbərliyinə olan etimadın bərpa olunmadığını açıqlayıb.

Tarix
2026.10.08 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tibb müəssisəsinə yeni baş həkim təyin edildi

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla