Yuxarı

Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı açıqlama...

Türkiyə Zəngəzur dəhlizində nəqliyyat əlaqələrinin inkişafı üçün çox vacib olan Qars-İğdır-Aralıq dəmir yolu xəttinin tikintisini davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu deyib.

Türkiyəli nazirin sözlərinə görə, bu xətt Türkiyənin şərq istiqamətində dəmir yolu əlaqələrinin gücləndirilməsi üçün strateji əhəmiyyət kəsb edir.

Layihə Türkiyənin nəqliyyat şəbəkəsinin Dilucu sərhəd keçid məntəqəsi vasitəsilə Naxçıvana çıxışını təmin etmək və Türkiyə, Azərbaycan və Ermənistan arasında əlaqələrin inkişafını daha da asanlaşdırmaq məqsədi daşıyır.

Uraloğlu həmçinin bildirib ki, Türkiyənin mövcud dəmir yolu şəbəkəsinin uzunluğu təxminən 14 min kilometrə çatır ki, bunun da 2251 kilometri yüksək sürətli dəmir yolu xətləridir. Daha 4800 kilometr yeni yüksək sürətli dəmir yolu xətləri tikilməkdədir. Bunun təxminən 3000 kilometrinin 2028-ci ilə qədər tamamlanması planlaşdırılır.

Uraloğlu vurğulayıb ki, Türkiyə regional nəqliyyat marşrutlarındakı rolunu nəzərə alaraq dəmir yolu infrastrukturunu genişləndirməyə davam etmək niyyətindədir.

Qeyd edilir ki, Türkiyə hökuməti 2053-cü ilə qədər ölkənin dəmir yolu şəbəkəsinin ümumi uzunluğunu 28.500 kilometrə çatdırmağı planlaşdırır.

Tarix
2026.10.08 / 22:37
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla