Yuxarı

Heç vaxt indiki qədər güclü olmamışıq - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heç vaxt indiki qədər güclü olmamışıq - Tramp

ABŞ Silahlı Qüvvələri heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Heç bir ölkə bizim bacardıqlarımızı bacarmır (buna heç yaxın da deyil!). Bu il də planlaşdırılan vaxtdan aylar əvvəl hərbi xidmətə qəbul üzrə yeni tarixi rekordlara imza atdıq.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Orduda mənəvi ruh yüksəkliyi heç vaxt indiki qədər yüksək olmayıb. ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunmuş bayram tədbirlərində ordumuzun misilsiz gücü bütün əzəməti ilə nümayiş etdirildi və ölkəmiz kimi, Hərbi Departament də heç vaxt indiki qədər güclü vəziyyətdə olmayıb.

Biz bunu bu şəkildə qoruyub saxlamalıyıq. Məhz buna görə də Konqres fəaliyyətini bərpa etdikdən sonra müdafiə xərcləri üçün 350 milyard ABŞ dolları nəzərdə tutan “Uzlaşma 3.0” qanun paketini, eləcə də “Amerikanı Xilas Et Aktı” layihəsini qəbul etməliyik”, - o qeyd edib.

Tarix
2026.07.07 / 11:23
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

İlham Əliyev iki səfiri qəbul etdi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla