Yuxarı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda YAP Sədərək rayon təşkilatının sədri Arif Mikayıl oğlu Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Təmo oğlu Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəli oğlu Vəliyevin, Xaçmaz rayon rayon təşkilatının sədri Məhəmməd Müslüm oğlu Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David Nurəddin oğlu İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul olunub.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətləri olan həmin şəxslərin Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını vurğulayaraq, bundan sonra da Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği yolunda bilik, bacarıq və səylərini əsirgəməyəcəklərinə, həmçinin öz təcrübələri ilə rayon təşkilatlarının işinə yaxından dəstək verəcəklərinə əminliyini ifadə edib, onlara xatirə hədiyyələrini təqdim edib.

Tarix
2026.07.06 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla