Yuxarı

Erməni toyda Azərbaycan dilində oxudu, zalda... - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni toyda Azərbaycan dilində oxudu, zalda... - Video

Məşhur erməni klarnet ifaçısı Yuri Sumqayıtski (Yuri Sərkisyan) ilə bağlı video yayılıb. Görüntülər bir toydandır. Musiqiçi tədbirdə Azərbaycan xalq mahnısı oxuyur. Maraqlıdır ki, bu ifa toydakılar tərəfindən alqışla, məmnunluqla qarşılanır. Mümkündür ki, sözügedən toyun sahibləri vaxtilə Azərbaycanda yaşamış erməni ailədir.

Kult.az Globalinfo.az-a istinadla xəbər verir ki, Yuri Sərkisyan əslən sumqayıtlıdır. O, həmin şəhərdə doğulub, böyüyüb. Uşaqlığından Bakıda və Sumqayıtda yaşayıb. Azərbaycanın ustad sənətkarı, klarnet ifaçısı Ələsgər Ələkbərovun tələbəsi olub.

Y.Sumnqayıtski ifalarında Azərbaycan mahnıları, muğamları ifa edirdi. Onun qarmon ifaçısı Orxan Mirzəyevlə Rusiyadakı toylardan birində duetləri də var, bu video sosial şəbəkələrdə yayılıb. Diqqətçəkən odur ki, Yuri bu mahnını erməni mahnısı kimi təqdim etmir, ermənicə oxumur, onlara məxsus olduğunu iddia etmir, orijinalda səsləndirir. Yuri Sərkisyan 2021-ci ildə Rusiyada ölüb.

Xatırladaq ki, 1988-ci ildən sonra Bakı, Sumqayıt və Gəncədən köçən ermənilərin böyük əksəriyyəti əsasən Rusiyada, Avropada, ABŞ-da məskunlaşıb.

Qeyd edək ki, Azərbaycanda xeyli sayda erməni musiqiçi olub. Onlardan biri də Suren Mehrabyandır. O, uzun illər Zeynəb Xanlarovanın ansamblında gitara ifa edib. Suren əslən gəncəlidir. Hazırda Moskvada yaşadığı deyilir. Gitara ilə yanaşı tar, ud və saz da ifa edir. Repertuarında əsasən Azərbaycan və türk mahnıları olur. Muğamları da mükəmməl ifa edir. Rusiyada toylarda, restoranlar solo ifaçı kimi məşhurdur.

Tarix
2026.07.04 / 14:53
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla