Yuxarı

Rusiyaya ərazi güzəşti... - Budanovdan cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya ərazi güzəşti... - Budanovdan cavab

Ukraynada müharibənin aktiv mərhələsi bu ilin sonunadək başa çata bilər. Lakin buna qədər eskalasiyanın daha da güclənəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov “RBK-Ukrayna”ya müsahibəsində danışıb.

Bu il müharibənin aktiv mərhələsinin başa çatmasının mümkün olub-olmaması ilə bağlı suala cavab verən Budanov bildirib ki, bunun üçün şanslar var, lakin həmin məqama qədər daha böyük eskalasiya gözlənilməlidir.

“Şanslar var və yaz aylarında danışıqlar çox yaxşı tempdə gedirdi. Hazırda isə hamımız eskalasiya mərhələsinə daxil olmuşuq, bunu hər kəs anlayır. Eskalasiyadan çıxmaq üçün adətən maksimum eskalasiya tələb olunur. Yəni indi eskalasiya, sonra deeskalasiya və daha sonra dialoqun davamı. Əgər tərəflər bunda maraqlıdırsa”, – o bildirib.

Budanov əlavə edib ki, bu imkan pəncərəsi qismən noyabrda ABŞ-da keçiriləcək seçkilərlə də bağlıdır, lakin bu, əsas amil deyil.

O qeyd edib ki, müharibənin başa çatması məsələsi həm döyüş meydanında, həm də danışıqlar masasında kompleks şəkildə həll olunacaq. Onun sözlərinə görə, Putini müharibəni dayandırmağa yalnız Ukrayna, ABŞ və Avropanın koordinasiyalı fəaliyyəti sövq edə bilər.

“Çin – bəli, lakin Çinin bu məsələdə öz maraqları var. Buna görə də Çin rəsmi mövqeyini ifadə edir və yaxşıdır ki, bu mövqe məhz belədir. Çünki tamamilə fərqli də ola bilərdi. Çin açıq şəkildə rusiyayönlü mövqe tutsaydı, bu bizim üçün ciddi problemə çevrilərdi və bunun nəticələri olardı”, – Budanov əlavə edib.

O, həmçinin vurğulayıb ki, ərazi güzəştləri prinsip etibarilə mümkün deyil.

Tarix
2026.07.07 / 12:43
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla