Yuxarı

Tramp və Putin razılaşdı: Zelenski qəbul edəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlk növbədə görüşün vaxt amilinə diqqət edək. Bu, olduqca vacibdir. 2 saat 30 dəqiqə - Tramp ilə Putinin indiyənə qədər ən uzun görüşüdür. Halbuki Tramp əvvəllər deyirdi ki, əgər razılaşma olmayacaqsa, bunu ilk 5 dəqiqədə anlayacaq, qalxıb gedəcək, heç kimə zəng etməyəcək və ikinci görüş də olmayacaq.

Axar.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

Politoloq tərəflər arasında görüşün uzun müddət davam etdiyini bildirib:

“Amma görüş uzun sürdü. Tramp bəyan etdi ki, razılaşma demək olar hazırdır (tam olmasa da) və buna görə də ikinci görüş olacaq: Tramp, Putin və Zelenski formatında.

Trampın sammitdən sonrakı açıqlamaları:

- Sammitin nəticələrini 10 üzərindən 10 olaraq qiymətləndirirəm.

- İndi hər şey Zelenskidən asılıdır: o bunu bacaracaqmı? Hazırda Zelenski, Putin və mənim aramda görüş təşkil olunmağa çalışılır.

- Həm Zelenski, həm də Putin istəyirlər ki, mən onların görüşündə iştirak edim. Mən orada olacağam.

- Biz demək olar ki, razılığa gəldik. İndi Ukrayna razı olmalıdır. Ola bilsin, onlar "yox" desinlər.

- Zelenskiyə: Razılaşmanı qəbul et. Rusiya - çox böyük gücdür. Ukrayna isə deyil.

- İki-üç həftə ərzində Çin mallarına əlavə rüsum tətbiq edə bilərəm.

İndi növbə Zelenski və Avropadadır (əsas müzakirə mövzusu - ərazilərin mübadiləsi). Tramp açıqladı ki, yalnız bir maddə hələ razılaşdırılmayıb. Ona görə də razılaşma 100% hazır olanda bağlanmış sayılacaq. ABŞ lideri açıq şəkildə Zelenskini razılaşmanı qəbul etməyə çağırdı, çünki "Rusiya Ukraynadan güclüdür".

Tarix
2025.08.16 / 13:00
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycan və Ukrayna XİN başçıları danışdı

Prezidentin rütbə verdiyi hərbçilər, görün, kimdir

Tramp Putinlə görüşdən sonra bunu elan etdi - Foto

Putin Alyaskada onların məzarını ziyarət etdi - Foto

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Alyaskadan Bakıya müsbət mesaj: Kreml cəsarət etməyəcək!

Alyaskada Putinə göz dağı: görüşün nəticələri...

Sabiq nazirdən Rusiya ilə bağlı şok açıqlama

ÜST-ün baş direktoru İlham Əliyevi təbrik etdi

Overçuk Nikola tay deyil, Putin gəlsin - Gevondyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla