Yuxarı

Tramp Zelenskiyə və AB liderlərinə zəng etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Zelenskiyə və AB liderlərinə zəng etdi

02:50

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb.

Trampın Putinlə görüşdən sonra Vaşinqtona dönərkən təyyarədə ikən Zelenskiyə zəng etdiyi bildirilir.

***

ABŞ Prezidenti Donald Tramp NATO ölkələrinin liderləri ilə telefon danışıqları aparır.

Bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt bildirib.

Məlumata görə, o, NATO-nun Baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə danışıb.

Avropa Komissiyasında bildiriblər ki, telefon danışığında Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Finlandiya Prezidenti Aleksandr Stubb və Polşa Prezidenti Karol Navrotski də iştirak edib.

Tramp avropalı liderləri Alyaskada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələri barədə məlumatlandırıb.

Tarix
2025.08.16 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla