Yuxarı

Putindən sonra Zelenski də Trampla görüşə gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən sonra Zelenski də Trampla görüşə gedir

Ukrayna Prezidenti Vladimir Zelenski avqustun 18-də ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda görüşməyi planlaşdırdığını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Zelenski Tramp və Avropa liderləri ilə telefon danışığından sonra Teleqram kanalında yazıb.

"Bazar ertəsi Vaşinqtonda Prezident Trampla münaqişəyə son qoymağın bütün detallarını müzakirə edəcəyəm. Dəvətə görə minnətdaram", - o qeyd edib.

Zelenski əlavə edib ki, telefon danışığı saat yarım davam edib və mənalı olub. Onun sözlərinə görə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə danışıqların əsas məqamlarını açıqlayıb:

"Biz Trampın Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və üçtərəfli formatın buna uyğun olduğunu vurğulayır".

O, həmçinin ABŞ-la birlikdə etibarlı təhlükəsizlik naminə Avropanın danışıqların bütün mərhələlərdə iştirakının vacibliyini bildirib.

Tarix
2025.08.16 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla