Yuxarı

Overçuk Nikola tay deyil, Putin gəlsin - Gevondyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Overçuk Nikola tay deyil, Putin gəlsin - Gevondyan

Rusiya baş nazirinin müavini Aleksey Overçuk gələn həftə Ermənistan hökumətinin Avrasiya İqtisadi Birliyinin (AİB) qanunvericiliyinə zidd qərarı və Cənubi Qafqazda nəqliyyat dəhlizlərinin açılmasının bəzi nüanslarını müzakirə etmək üçün İrəvana gələcəyini və Baş nazir Nikol Paşinyanla görüşməyə ümid etdiyini açıqlayıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Overçukun bəyanatını şərh edən erməni politoloq Robert Gevondyan baş nazirin onu qəbul etməməli olduğunu deyib.

“Əvvəla, ümidvar olduğumu bildirmək istərdim ki, Paşinyan Overçuku qəbul etməyəcək, çünki Rusiya baş nazirinin müavini yuxarıda qeyd olunan məsələləri müzakirə etmək üçün Ermənistan baş nazirinə bərabər şəxs deyil. Beynəlxalq münasibətlərdə etik normaların qorunub saxlanması nöqteyi-nəzərindən Ermənistan baş naziri ilə yuxarıda qeyd olunan məsələləri müzakirə etmək üçün ya Rusiya prezidenti (Vladimir Putin), ya da baş nazir (Mixail Mişustin) gəlsəydi, düzgün olardı.

Paşinyan buna baxmayaraq, Overçuku qəbul etmək qərarına gəlsə, ümid edirəm ki, o, Rusiya baş nazirinin müavininə Ermənistan hökumətinin qərarlarını onunla müzakirə etməyə imkan verməyəcək”, - ekspert qeyd edib.

Tarix
2025.08.15 / 16:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla