Yuxarı

Gəncənin adını kim bərpa edib? – Tarixi fakt

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan adlı coğrafiyanın ən gözəl şəhərlərindən biri Gəncədir. Tarixin bütün dövrlərinə aid qaynaq və mənbələrdə Gəncə adına rast gəlmək olur. Müxtəlif illərdə şəhərin adı bir neçə dəfə dəyişdirilib. Yaxın tarixə nəzər salsaq, 1804-cü ildən 1918-ci ilə qədər Rusiya imperiyasının hakimiyyəti illərində Gəncə rus çarı I Aleksandrın həyat yoldaşı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılıb.

Şəhərin adının yenidən Gəncə adlandırılması ilə müxtəlif tarixi faktlar yazılır, çox təəssüf ki, yanlışıqlara rast gəlmək olur. Məsəl üçün qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Bəli, bu Cümhuriyyətin qərarı idi. Lakin Gəncə şəhərinin adını özünə o dövrdə qaytaran Nuru Paşa olub. Bunu təsdiq edən Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşri olan "Kavkaz" qəzetinin 129 sayında, 26 iyun 1918-ci il buraxılışında dərc edilən məlumata diqqət verin. Qəzetdə yazılır:

“Zaqafqaziya Teleqraf Agentliyinin Bakı istiqamətində ezam olunmuş xüsusi müxbirinin məlumata görə, Nuru Paşanın əmri ilə Yelizavetpolun adı dəyişdirilərək Gəncə adlandırılmışdır. Vağzalda köhnə adı olan rus lövhələri götürülərək türk lövhələri ilə əvəz edilib”.

Qeyd edim ki, 1918-ci ilin mart ayında Nuru Paşa və onun rəhbərliyi altında heyət İstanbuldan Azərbaycana yollandı. Məhəmməd Əmin Rəsulzadə Nuru Paşanın mayın 25-də Gəncəyə gəlişindən yazırdı: “…Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qəbul etmişdi. Xalqın ona göstərdiyi istiqbal Gəncə tarixində görünməmişdi”.

1935-ci ildə Gəncənin adı dəyişdirilərək Sergey Kirovun adı ilə Kirovabad adlandırıldı. 1989-cu ildə Gəncənin tarixi adı bir daha bərpa edildi.

Tarix
2025.08.13 / 14:18
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Paşinyan inqilabi dönüş yaratdı - Şmuleviç

Minsk qrupunun işinə son qoyuldu - Qurtulmuş

Bakı ilə İrəvan arasında razılaşma... – Pakistan prezidenti

Sənəd yayıldı: Azərbaycan Zəngəzur dəhlizinə ortaqdır - Foto

Zəngəzurda Rusiya sərhədçilərinin olması... - Moskva

Vahid Əhmədov Sadıqovla bağlı sensasion fakt açıqladı - Video

Əliyev BP-nin rəhbərinə 17 il əvvəl nə deyir? - Sensasiya

Nəcməddin Sadıqov Türkiyədə dindirilib

Zəngəzur dəhlizi nə zaman işə düşəcək? - Açıqlama

Azərbaycan Ukraynaya yardım göndərir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla