Yuxarı

Krediti bu səbəbdən qaytara bilmirsinizsə, bağlanacaq!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krediti bu səbəbdən qaytara bilmirsinizsə, bağlanacaq!

Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq. Mərkəzi Bank tərəfindən artıq qaydalar hazırlanıb və qısa müddətdə tətbiqi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib.

O bildirib ki, borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu, Mərkəzi Bankın qaydaları ilə tənzimlənir. Yeni qaydalar isə birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur:

"Bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur və yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir və nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik yaranır. Kreditin və ya kredit riskinin sığortalanması belə hallar baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə imkan verəcək. Kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq.

Yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi əsasında işləyən şəxslərə şamil ediləcək. Bu zaman şərtlərin “İşsizlikdən sığorta haqqında” Qanunun tələblərinə uyğun olacağı gözlənilir. Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi şəkildə təklif edilməsi planlaşdırılır. İstehlak krediti götürən şəxslərin bu sığorta xidmətindən istifadə etməsi könüllü olacaq, yəni müştəri seçim etməkdə sərbəstir.

Sığorta hadisəsi baş verən zaman kreditin tam və ya qismən sığorta şirkəti tərəfindın ödənilməsi həyata keçiriləcək. Bu zaman qanunvericilikdə nəzərdə tutulan sığorta halları nəzərə alınacaq. İş yerinin ləğvi, ştatların ixtisar olunması, əmək müqaviləsinin müddətinin qurtarması, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması və s. sığorta hadisələri siyahısındadır.

Aydındır ki, sığortadan istifadə etmək kredit götürən üçün əlavə xərc deməkdir və yalnız sığorta ödənişləri həyata keçirildiyi halda sığorta hadisəsi baş verən zaman öhdəliklər qarşılana bilər. Bu, kredit götürən şəxslərin məşğulluğunu itirmə hallarında sığortalanmasıyla yanaşı, kreditin xərc stukturunun dəyişməsi, onların kredit ödənişlərinin sığorta tərəfindən qarşılanması, öhdəliklərin kredit götürən və bank arasında bölüşdürülməsi və eləcə də məşğulluğun itirilməsi riskinə qarşı sığortanın tətbiqinin kredit bazarına təsirinin qiymətləndirilməsini də aktuallaşdırır. Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün tətbiqi halında kredit xərclərindəki artımı kompensasiya edə bilərlər. Bu halda kredit götürən üçün ciddi xərc yaratmadan bu sığorta növünün tətbiqi mümkündür.

Mərkəzi Bankın da son açıqlamaları göstərir ki, bu sığorta növü tətbiq olunan zaman banklar kreditlər üzrə faiz azalmasına gedəcəklər. Çünki kredit risklərinin sığortalanması bankların birbaşa və eləcə də dolayı xərclərinin azalmasına gətirib çıxarır. Yəni işsizlikdən sığortanın tətbiq olunduğu kreditin faiz dərəcəsi adi kreditlərin faizindən aşağı olacaq. Bu isə sözügedən sığorta növündən istifadəni stimullaşdıracaq".

Tarix
2026.11.02 / 10:01
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla