Yuxarı

Tarixi paytaxtımızda Göy məscidi tikdirən Salihə xatun

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tarixi paytaxtımızda Göy məscidi tikdirən Salihə xatun

Azərbaycanda “Göy məscid” adı ilə tanınan 3 məscid var: biri Bakıda - memarlıq üslubunun incəliyi və zənginliyi ilə seçilən Əjdər bəy məscididir.

Məşhur Azərbaycan xeyriyyəçi-mesenat, şəxsi vəsaiti hesabına Təzəpir məscidini tikdirən Nabat xanım Xoca bəy qızı Aşurbəyli-Rzayevayanın qardaşı Əjdər bəy tərəfindən 1912-1913-cü illərdə tikilib. “Əjdər bəy məscidi” və “Göy məscid” adı ilə tarixə düşüb.

İkinci Göy məscid İrəvanda 1760-cı illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən inşa etdirilmişdir.

Üçüncüsü isə Təbrizdə tikilib və Baharlı (Qaraqoyunlu) dövlətinin hökmdarı Qara Yusifin üçüncü oğlu olan və “Həqiqi” təxəllüsü ilə şeirlər yazan Müzəffərəddin Cahan ibn Yusif - Cahanşahın adını daşıyır.

Təbrizdə Göy məscidin tikilməsi Cahanşahın qızı Salihə xatunun sayəsində baş tutub. Kim idi Salihə xatun?

Qeyd edim ki, Baharlı (Qaraqoyunlu) dövründə xanımlar haqqında konkret məlumatlar azdır, lakin onların dövlət işlərində, saray həyatında və mədəniyyətdə iştirak etdikləri məlumdur. Məsələn, bəzi xanımların adları dövlət sənədlərində və ya tarixi əsərlərdə çəkilir.

Bəzi əsərlərdə rast gəldiyim qaynaqlara görə, Salihə xatun sosial imkanı yaxşı olmayan ailələrə yardım edirdi. Hətta belə ailələrin qızlarını saraya cəlb edərək onların təhsil almasına kömək edirdi.

Dövrün saraylarının eyni zamanda təhsil ocaqları, sənət məktəbləri olduqlarını da unutmamaq lazımdır. Burada qadınlar əl sənətləri, rəsm, təhzib kimi sənətlər öyrənir, himayə olunduqları hökmdar xanımlarının razılığı ilə ailə həyatı qurduqlarında öz sənətlərini evdə və ya emalatxanalarda davam etdirirdilər.

Salihə xatun onun ölümündən sonra Təbrizdə qalmağa davam etmişdi. Şeyx Nemətulla Vəlinin nəvəsi ilə ailə qurmuşdur.

Tarix
2025.08.06 / 08:30
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla