Yuxarı

Kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə bu il oktyabrın 1-dən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydaları dəyişib.

Axar.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb.

Məlumata görə, bundan sonra satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində mənzil əldə etmiş kirayəçi öhdəliyini başqa şəxsə müqavilə bağladığı tarixdən 3 il müddət keçdikdən sonra ötürə biləcək, eyni zamanda öhdəliyini ötürmüş şəxslər bu mexanizmdən öhdəliyin ötürülmə tarixindən 5 il sonra təkrar faydalanmaq imkanı qazanacaqlar.

Bundan başqa, müraciət anına Fondun vəsaiti hesabına verilmiş aktiv ipoteka krediti olmayan borcalanlar satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalana biləcəklər.

Ərizəçinin kredit tarixçəsinin qiymətləndirilməsi ilə bağlı şərtlər də yenilənib. Belə ki, qiymətləndirmənin nəticəsinə əsasən, yalnız "müsbət" və "qənaətbəxş" kredit tarixçəsi olan şəxslər kirayə mənzil mexanizmindən yararlana biləcəklər .

Qaydalara edilmiş dəyişikliklərlə bağlı vətəndaşların əlavə sualları yarandığı halda, Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanına uyğun olaraq, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq olunan satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2020-2026-cı illər ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda 17 müxtəlif ünvanda yerləşən yaşayış komplekslərində tam təmirli mənzillər vətəndaşlara təqdim edilib və indiyədək 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib.

Tarix
2026.10.21 / 16:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla