Yuxarı

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Azərbaycan Xarici İşlər Nazirliyinin elan etdiyi “arzuolunmaz şəxs”lər siyahısında Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fateh Ərbakanın da adı var.

Axar.az xəbər verir ki, onun Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.

Vurğulanıb ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.

Xatırladaq ki, F.Ərbakan Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın oğludur. Fateh Ərbakan Azərbaycanda gülüşlə qarşılanan "Araşdırdıq ki, Ermənistanda belə hicaba qadağa yoxdur" sözlərinin müəllifidir. Qardaş ölkənin hakimiyyətə iddialı siyasətçisi hələ bilmir ki, Ermənistanda müsəlman yoxdur və ümumiyyətlə, Ermənistan monoetnik ölkədir, türkləri (azərbaycanlıları) bir əsr ərzində 4 dəfə deportasiyaya məruz qoyub, türk-müsəlmanlara qarşı etnik təmizləmə aparıb.

Tarix
2026.10.21 / 14:09
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla