Yuxarı

Mühüm layihə: bu metroların ətrafında sıxlıq azalacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mühüm layihə: bu metroların ətrafında sıxlıq azalacaq

Bakıda "Gənclik", "Nərimanov" və "Koroğlu" metrostansiyaları ətrafında nəqliyyat sıxlığının azaldılmasına xidmət edəcək yeni avtomobil yolunun tikintisi davam etdirilir.

Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, söhbət Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metrostansiyasına qədər inşa edilən 3,9 kilometr uzunluğunda avtomobil yolundan gedir.

AAYDA tərəfindən həyata keçirilən layihənin əsas məqsədi paytaxtın mühüm nəqliyyat arteriyaları arasında alternativ əlaqə yaratmaq, avtomobil axınını daha səmərəli bölüşdürmək və mövcud yolların yükünü azaltmaqdır.

Yeni yolun istifadəyə verilməsi ilə Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətinin yaxşılaşdırılması, eləcə də "Gənclik", "Nərimanov" və "Koroğlu" metrostansiyaları ətrafında sıxlığın azalması gözlənilir.

Layihə çərçivəsində 5 yol qovşağının, 4 tunelin və 3 yeraltı piyada keçidinin inşası nəzərdə tutulub.

Məlumata görə, hazırda layihə üzrə ümumi tikinti işlərinin 62,8 faizi icra olunub. Tunellərdə işlərin 66,46 faizi, yeraltı piyada keçidlərində isə 82 faizi tamamlanıb.

Bununla yanaşı, kommunikasiya xətlərinin köçürülməsi və yolun tikintisi ilə bağlı digər işlər davam etdirilir.

Yeni avtomobil yolu paytaxtın müxtəlif istiqamətləri arasında hərəkət imkanlarını genişləndirməklə yanaşı, mövcud küçə-yol şəbəkəsində nəqliyyat axınının daha səmərəli idarə olunmasına şərait yaradacaq.

Layihə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində icra olunur.

Tarix
2026.10.21 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla