Yuxarı

Narkotikin təsiri altında maşın sürdü – Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtomobili dövlət qeydiyyat nişanı olmadan, xüsusi səs və sayrışan işıqlardan istifadə edərək, eləcə də nəqliyyat vasitəsinin şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər (plyonka) çəkən “Opel” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verilib.

DİN-dən Axar.az-a bildirilib ki, sürücü Vasif Hüseynli polisin qanuni əmrinə tabesizlik göstərərək ərazidən yayınmağa çalışsa da yol polisləri tərəfindən görülən tədbirlər nəticəsində saxlanılıb.

Sürücünün bu hərəkətləri və abtomobili dövlət qeydiyyat nişanı olmadan idarə etməyi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

Tibbi müayinə zamanı həmçinin, sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi də müəyyən olunub. Həmçinin, sürücünün avtomobilinə baxış zamanı əsa formasında xüsusi olaraq hazırlanmış qadağan olunan kəsici-deşici alət olan xəncər də aşkarlanıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə V.Hüseynli 20 sutka inzibati qaydada həbs edilib

Tarix
2025.08.16 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

İcra başçısını ittiham edən qohumu barədə qərar

Bu, Bakının mövqeyini gücləndirir - Yücə

Azərbaycan və Ukrayna XİN başçıları danışdı

Prezidentin rütbə verdiyi hərbçilər, görün, kimdir

Tramp Putinlə görüşdən sonra bunu elan etdi - Foto

Tramp və Putin razılaşdı: Zelenski qəbul edəcək?

Putin Alyaskada onların məzarını ziyarət etdi - Foto

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Alyaskadan Bakıya müsbət mesaj: Kreml cəsarət etməyəcək!

Alyaskada Putinə göz dağı: görüşün nəticələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla