Yuxarı

Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bir neçə illik fasilədən sonra "Uşaq Avroviziyası" mahnı müsabiqəsinə qayıdır.

Kut.az xəbər verir ki, bu haqda müsabiqənin ölkəmizdəki lisenziyalı yayımçısı İTV məlumat yayıb.

Bildirilir ki, artıq təmsilçi seçimlərinə start verilib. Yarışmada 9-14 yaş qrupundan olan uşaqlar iştirak edə biləcəklər.

Seçim mərhələsində Azərbaycan və xarici dildə olmaqla iki fərqli mahnı video formatda təqdim edilməlidir. İlkin mərhələdə təqdim olunan videolar arasından ən parlaq ifaçılar seçiləcək. Daha sonra 6 peşəkar münsif onların səhnə mədəniyyəti, səs imkanları və xarizmasını qiymətləndirəcək.

Və yalnız bir nəfər Azərbaycanı bu müsabiqədə təmsil etmək hüququ qazanacaq.

Qeyd edək ki, sayca 23-cü "Uşaq Avroviziya"sı 13 dekabrda Gürcüstanın paytaxtı Tiflisdə baş tutacaq.

Xatırladaq ki, ölkəmizi bu yarışmada sonuncu dəfə 2021-ci ildə Sona Əzizova "One of those days" mahnısı ilə təmsil edib. O, 151 xalla beşinci yeri tutub.

Tarix
2025.08.17 / 21:59
Müəllif
Kult.az
Digər xəbərlər

Tehrandan İrəvana tələb: ABŞ müdaxilə edəcək

Kremlin türk ölkələrinə qarşı dil şantajı davam edir

2 ayda 3 konsert: Real Ermənistanda bayramdır - Paşinyan

29 sm boy fərqi belə olmur - Putin-Tramp görüşündə müəmma

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj

Xəzərdə nəhəng qara ləkə: Azərbaycan və Qazaxıstan... - Foto

İcra başçısını ittiham edən qohumu barədə qərar

Bu, Bakının mövqeyini gücləndirir - Yücə

Azərbaycan və Ukrayna XİN başçıları danışdı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla