Yuxarı

29 sm boy fərqi belə olmur - Putin-Tramp görüşündə müəmma

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 avqustda Alyaskada baş tutan ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin görüşü ilə bağlı professor Zaur Əliyev maraqlı iddia ilə çıxış edib.

Axar.az xəbər verir ki, tarixçi alim ilk növbədə liderlərin boy fərqini xatırladıb.

“1. Rəsmi mənbələrə əsasən, Trampın boyu 1.95 sm, Putinin isə rəsmi 1.70 sm-dir (Lakin şəxsi işində 1.65 yazılıb). Alyaskada sanki Tramp və Putin arasında boy fərqi 29 santimetr deyil, 10 santimetr idi, əgər Putin hündürdaban ayaqqabı geyinməmişdisə, bəs, görüşə gedən kim olub?

2. Putin psixoloji cəhətdən çox sağlam bir adamdır. Bu günə qədər özünün rəsmi tədbirlərində, görüşlərdə ağır təbiəti ilə seçilib. Lakin Alyaskada onun bədən dili və jestləri real Putindən qat-qat uzaq idi.

3. Tramp görüşəndə adətən qarşı tərəfin əlini özünə tərəf dartır. Putinlə onun digər görüşlərində bu jest olmayıb, amma Alyaskada bu, təkrar edildi. Demək, Tramp nəsə bilirdi ki, o cür jesti ilk dəfə Putinə qarşı elədi.

4. Putin təyyarəyə minəndə heç bir zaman arxaya çönməz, əgər bunu edirsə də, sakitcə baxar. Alyaskadakı Putin isə təyyarəyə düşəndə və minəndə artıq jestlər etdi.

5. Putin diplomatik jestləri bilən peşəkar kimi Trampın limuzininə oturan kimi kənara elə baxışlarla baxmazdı. Bu, diplomatik dildə qeyri-peşəkar bir lider obrazı yaratmaqla ev sahibinə və danışıqlara indidən “yox” demək kimi qəbul edilir.

6. Tramp görüşdən qalib ayrıldı. Hər kəs bilirdi ki, bu görüş nəticəsiz bir sonluqla bitəcək. Demək olar ki, ciddi heç bir qərar imzalanmadı, sadəcə Trampın sanksiyalarla bağlı çıxışı oldu və dedi ki, sanksiyalar hələ nəzərdə tutulmur. Vəssalam. Masada olan ərazi mübadiləsi və silahlar məsələsinə Putin heç bir reaksiya vermədi. Bu, Trampa lazım olan diplomatik qələbə idi. Hər kəsə göstərdi ki, mən bu adamla nə danışım - adam ancaq qan və müharibə istəyir.

7. Ukrayna məsələsinə gəldikdə, onun həllinin Vaşinqton deyil, Berlində olduğunu Putin də bilir. Bu məsələ Amerika-Rusiya deyil, Almaniya-Rusiya danışıqlarında bəlli olacaq. Tramp dünən Rusiya ilə qarşılaşmanı rəsmən Almaniyanın əllərinə təslim etdi. Putin elə düşünür ki, Berlin divarlarının yenidən qura bilər. Lakin Almaniya artıq Rusiyanın içərisində muxtar dövlətləri ona qarşı göndərə bilib”, - alim qeyd edib.

Onun fikrincə, Rusiya Ukrayna ilə müharibəni daha ağır formada davam edəcək. Rusiyanı dayandıracaq güc isə NATO yox, “İbrahim paktı”na üzv olan dövlətlərin birliyi olacaq.

Tarix
2025.08.17 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak etdi

Rusiya üçün “Qiyamət” başlayır: zərbələrin nəticəsi...

Bakıda D-8 İqlim və Şəhərlər Dialoqu keçiriləcək

DİN-dən MDB Oyunları ilə bağlı açıqlama

İlham Əliyev Danimarkada

Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı

6 milyonluq mənimsəmədə ittiham olunan zabit barədə qərar

Adnan Əhmədzadənin mülk siyahısı: Milyonluq evlər...

Bakı-Tiflis-Qars dəmir yolu ilə yükdaşıma... - Memorandum

Simonyandan 44 günlük müharibə ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla