Yuxarı

Məşhur otel AQTA-nın cəriməsini 4 il sonra ləğv etdirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur otel AQTA-nın cəriməsini 4 il sonra ləğv etdirdi

Azərbaycan Qida Təhlükəziliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin məşhur “East Legened” oteli barəsində tərtib edilmiş protokolu ləğv edilib. İşin ilginc tərəfi budur ki, Agentlik 4 il sonra protokol üzrə yazılmış cərimənin ödənilməsini istəyib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Agentlik 2021-ci ildə epidemiya əleyhinə rejimin qaydalarını pozduğu üçün oteli inzibati qaydada protokol tərtib edərək 300 manat cərimələyib.

Hadisədən 4 il keçdikdən sonra Agentlik otel tərəfindən protokol üzrə cərimənin ödənilməsini istəyib. Lakin otel məhkəməyə müraciət edərək protokolun ləğv edilməsinə nail ola bilib.

Agentliyin 4 il sonra otelə məktubla müraciət edərək həmin qərarın icrasını tələb etməsini məhkəmə əsassız hesab edib. Belə ki, inzibati xətanın aşkara çıxarılnasından 4 aydan artıq müddət keçdiyi üçün inzibati məsuliyyətə cəlb etmə müddəti keçmiş hesab edilib.

Qərarda göstərilib ki, bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə otel məsuliyyətə cəlb edilə bilməz.

Tarix
2025.08.17 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla