Xudafərin körpüsünün işğaldan azad olunmasından 6 il ötür
00:10
| Ana səhifə Planet |
|
ABŞ Prezidenti Donald Tramp “Tesla” şirkətinin rəhbəri İlon Maskın uçmaq qabiliyyətinə malik yeni “Roadster” modelini təqdim etməsinə münasibət bildirib.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərlə söhbəti zamanı yeni avtomobil barədə danışıb.
ABŞ lideri bildirib ki, onun bu avtomobildən istifadə edib-etməyəcəyi bəlli deyil, lakin yeni modeli heyrətamiz hesab edir.
Tramp İlon Maska bu yaxınlarda ABŞ-ın ən yüksək elmi mükafatı hesab edilən Milli Elm Medalını təqdim etdiyini də xatırladıb. O, ABŞ-da əvvəllər heç kimin mümkün hesab etmədiyi işlərin həyata keçirildiyini vurğulayıb.
Qeyd edək ki, yeni “Tesla Roadster” modelinin təqdimatı keçirilib.
|
Tarix
2026.10.17 / 23:44
|
Müəllif
Axar.az
|