Yuxarı

"Bavariya" 6-1 qalib gəldi, "Borussiya" isə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bavariya" 6-1 qalib gəldi, "Borussiya" isə...

2026.10.17 - 21:19

Futbol üzrə Almaniya çempionatının - Bundesliqanın altıncı turunun mərkəzi qarşılaşmasında “Bavariya” Münxendə “Leypsiq”i qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə münhenlilər rəqibi darmadağın ediblər – 6-1.

Dortmundun “Borussiya” klubu bu turda paytaxt səfərində xal itirib. Berlində “Yunion” ilə görüş qolsuz heç-heçə başa çatıb. “Verder Bremen” – “Paderborn” görüşü də heç-heçə başa çatıb – 2-2.

“Hamburq” öz meydanında “Ştutqart”ı, “Maynts” isə səfərdə “Şalke”ni minimal hesabla məğlub edib – 1-0. Ümumilikdə yeddi qolun vurulduğu “Elversberq” – “Auqsburq” görüşündə ev sahibləri qalib gəliblər – 4-3.

Tura bu gün keçiriləcək “Bayer” – “Frayburq” və “Borussiya Mönxenqladbax” – “Hoffenhaym” görüşləri ilə yekun vurulacaq. Bu turun açılış matçında isə Frankfurtun “Ayntraxt” klubu ev oyununda “Köln”ə qalib gəlib – 1-0.

Altı turdan sonra “Bavariya” və “Borussiya Dortmund”un 14 xalı var. Hesabında 13 xal olan “Frayburq” liderliyi qorumaq üçün bugünkü görüşdə mütləq qalib gəlməlidir.

Tarix
2026.10.18 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı buna aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla