Yuxarı

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Ankara millət vəkili Fuad Oqtay Türkiyə ilə Azərbaycan arasında son günlər yaradılan süni gərginliyə münasibət bildirib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, Fuad Oqtay sosial şəbəkə hesabında paylaşım edərək iki ölkə arasında sağlam düşüncə və qardaşlıq hüququnun qorunmasının vacibliyini vurğulayıb. O, Türk dünyasının birliyini və həmrəyliyini hədəf ala biləcək “saxta bayraq” əməliyyatları və təxribatlara qarşı diqqətli olmağa çağırıb.

F.Oqtay Türkiyə-Azərbaycan münasibətlərinin “Bir millət, iki dövlət” şüarı ilə müttəfiqlik əsasında möhkəmləndiyini, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində isə Türk dünyasının inteqrasiyası istiqamətində mühüm addımlar atıldığını qeyd edib. Onun sözlərinə görə, bu prosesdə parçalanmaya və fikir ayrılıqlarının dərinləşməsinə səbəb ola biləcək cəhdlərə qarşı ehtiyatlı davranmaq lazımdır.

“Fərqliliklərimizi qardaşlıq hüququ çərçivəsində dəyərləndirməliyik”, - deyə Oqtay bildirib.

O, ortaq dəyərlərlə yanaşı, fərqli mövqelərin mövcudluğunun da təbii olduğunu vurğulayıb. Komitə sədri əsas məsələnin bu fərqlilikləri qarşılıqlı anlaşma və qardaşlıq münasibətləri çərçivəsində dəyərləndirmək olduğunu bildirib.

Fuad Oqtay ortaq gələcəyə zərər vurmaq istəyən cəhdlərə qarşı sağlam düşüncə ilə hərəkət etməyin vacibliyini qeyd edərək, Türkiyə ilə Azərbaycan arasındakı köklü bağların qorunmasına çağırıb.

Oktay Türk dünyasının güclənməsindən kimin narahat olduğu və Türkiyə-Azərbaycan münasibətlərinin pozulmasından kimin fayda götürə biləcəyi barədə suallar səsləndirib. O, bu məsələlərə birlik və həmrəyliyi daha da gücləndirən yanaşma ilə baxılmasının vacibliyini vurğulayıb.

Türkiyəli deputat “saxta bayraq” əməliyyatları və təxribatlara qarşı ayıq-sayıq olmağa çağıraraq, qardaşlığı hədəf alan cəhdlərə qarşı diqqətli davranmağın zəruriliyini bildirib.

Fuad Oqtay paylaşımını bu sözlərlə yekunlaşdırıb: “Birliyimiz gücümüz, qardaşlığımız təminatımızdır”.

Tarix
2026.10.17 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla