Yuxarı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Füzuli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 800 milyon manata çatıb.

Axar.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

Deputat vurğulayıb ki, 2020-ci ildə həmin göstərici 191 milyon 923 min manat idi və zəfərdən sonra Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb:

"Sənaye məhsulunun istehsalında da artımlar qeydə alınıb. Belə ki, 2020-ci ildə 18,2 milyon manat sənaye məhsulları istehsal edən Füzuli rayonu hazırda təxminən 50 milyon manatlıq sənaye istehsalına malikdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə də artım dinamikası davam edib. Rayonda 2020-ci ildə 87 milyon 872 min manatlıq aqrar məhsullar istehsal edilirdi. İndi bu göstərici 146 milyon 896 min manatdır. Yenidənqruma layihələri ilə bağlı olaraq tikinti sektorunda 8 dəfədən çox artım qeydə alınıb. Hazırda Füzuli rayonunun tikinti sektorunda 550 milyon manatlıq dəyər formalaşır".

V.Bayramov deyib ki, işğal nəticəsində dağıdılan və baxımsız şəhərə dönən Füzuli artıq regionun əsas mərkəzlərindən birinə çevrilir:

"Zəngəzur dəhlizinin başladığı Füzuli regionun nəqliyyat və logistika mərkəzinə çevrilir. Bu rayon üçün yeni üstünlüklər və yeni iş yerləri demək olacaq. Azad edildikdən sonra yenidən qurulan Füzuli şəhərində hazırda 3 100 nəfərdən çox sakin daimi olaraq məskunlaşıb. Şəhərin təsdiq olunmuş Baş Planına əsasən, 2040-cı ilə qədər Füzuli şəhərinin əhalisinin 50 000 nəfərə çatdırılması nəzərdə tutulub. Tezliklə Füzuli Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək".

Xatırladaq ki, 2020-ci il oktyabrın 17-si Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edilib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.

Tarix
2026.10.17 / 13:37
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla