Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
01:55
| Ana səhifə İdman |
|
18:24
Misli Premyer Liqasının VIII turunda "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gəlib.
Axar.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyunda qonaqlar 4-0 hesablı qələbə qazanıblar.
Hazırda "Sabah" 19 xalla turnir cədvəlinə başçılıq edir. 4 xalı olan "Qəbələ" isə onuncudur.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3-2), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2-1) məğlub edib. Bu gün turun mərkəzi görüşü də keçiriləcək. “Qarabağ” – “Neftçi”ni qəbul edəcək.
***
"Qarabağ" - "Neftçi" qarşılaşması 3-3 hesabı ilə başa çatıb.
İlk hissədə 2-1 önə keçən qonaqlar ikinci hissədə daha bir qol vuraraq fərqi 2-yə çatdırıblar. Matçın son dəqiqələrində isə "Qarabağ" iki qol vurmaqla bərabərliyə nail ola bilib.
|
Tarix
2026.10.17 / 20:59
|
Müəllif
Axar.az
|