Yuxarı

Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkianın İrəvan səfəri öncəsi İrandan mühüm mesaj

İranın xarici işlər naziri Seyid Abbas Arakçı Prezident Məsud Pezeşkianın Ermənistana səfəri öncəsi münasibətlərdə yeni səhifə açmağa hazır olduqlarına dair mesaj verib.

Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Arakçı iki ölkənin münasibətlərinə dair dərc etdiyi məqalədə bildirib ki, İranda uzun illər erməni icmasının mövcudluğu və İranla Ermənistanın bir-birinə bağlı tarixi iki xalqın birgə yaşayışının zəngin təzahürüdür:

“İran və Ermənistan arasındakı həmrəylik bu gün İranda inkişaf edən erməni icması vasitəsilə davam edir. Ölkənin ən böyük dini azlığı olan İran erməniləri parlamentdə təmsil olunmaqdan tutmuş kilsə və təşkilatları vasitəsilə mədəniyyətin qorunmasına qədər, İranın ictimai həyatının bütün sahələrində fəal iştirak edirlər. Bu vəziyyət İranın dini müxtəlifliyə olan hörmətinin göstəricisidir.

Tehran və İrəvan arasındakı iqtisadi və regional əməkdaşlığı tamamlayan tarixi və mədəni ortaq bağlar mövcuddur. İnanırıq ki, bu, ölkələr üçün də parlaq bir gələcək yaradacaq.

Qlobal qeyri-müəyyənlik və regional hadisələrin baş verdiyi bir şəraitdə İran və Ermənistanın maraqları getdikcə daha da yaxınlaşır”.

Sonda Arakçı İranın və Ermənistanın münasibətlərdə yeni bir səhifə açmağa hazır olduğunu bəyan edib.

Qeyd edək ki, avqustun 19-u İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfər edəcək.

Tarix
2025.08.17 / 10:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla