Yuxarı

Kremlin türk ölkələrinə qarşı dil şantajı davam edir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremlin türk ölkələrinə qarşı dil şantajı davam edir

“Röyters” agentliyi Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla Alyaskadakı görüşdə Ukraynaya qarşı müharibəni dayandırmaq üçün tələblərini yayımlayıb. Bunların içərisində yenə “Ukraynada rus dilinə dövlət statusu verilməlidir” tələbi yer alıb. Kremlin tələbləri içərisində Ukraynanın qoşun hissələrinin Donetsk və Luqanskın yerdə qalan ərazisindən çıxarılması da var. Krım və Şərqi Ukraynanın bir hissəsi Rusiyanın işğalı altındadırsa və indiki şərtlər altında Kiyev üçün bu reallığı dəyişmək çətindirsə, Kreml nədən rus dili məsələsində israrlıdır? Axı Ukraynanın rus dilində danışan bölgələrinin əhəmiyyətli hissəsi onsuz da Rusiyanın işğalı altındadır, digər bölgələrin əhalisi isə əsasən Ukrayna dilində danışır. Buna baxmayaraq, Kreml üçün rus dili məsələsi “qırmızı çizgidir”.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Kreml bu siyasəti Ukrayna ilə yanaşı digər qonşu ölkələrə münasibətdə də tətbiq edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfəri zamanı bu ölkədə rus dilində istifadənin məhdudlaşdırılmasından narazılığını gizlətməyib. Kremli Qazaxıstanın da dil siyasəti narahat edir.

Bu, Kremlin başqa dövlətlərin daxili işlərinə qarışmasıdır. Bir gün Azərbaycanda dövlət büdcəsi hesabına rus dilində tədrisin məhdudlaşdırılmasına qərar verilərsə, Kreml bizə qarşı eyni tələbi səsləndirəcək. Rus dili məsələsi Kremlin şantaj alətinə çevrilib. Bu alətdən biz də qurtulmalıyıq", - Şahinoğlu bildirib.

Tarix
2025.08.17 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla