Yuxarı

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
13 nəfər Suriyadan Azərbaycana gətirildi

Azərbaycan Respublikası hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində 6 oktyabr tarixində Suriya Ərəb Respublikasından 13 nəfər Azərbaycan Respublikası vətəndaşının (6 nəfər qadın, 7 nəfər uşaq olmaqla) ölkəmizə repatriasiyası həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

Xarici ölkələrdə böhran vəziyyəti ilə üzləşmiş Azərbaycan Respublikasının vətəndaşlarının repatriasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupunun üzvləri Suriyaya ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi təmin olunub.

Daha sonra Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı və Türkiyə Respublikasındakı səfirlikləri, o cümlədən İstanbul şəhərindəki Baş Konsulluğu tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri, habelə təyyarə biletləri ilə təmin edilib və ölkəyə gətiriliblər.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Bildirilib ki, Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Tarix
2026.10.07 / 00:03
Müəllif
Axar.az
Digər xəbərlər

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla