Yuxarı

Rusiyadan xəbərdarlıq: İrəvan bu güzəştləri itirə bilər!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan xəbərdarlıq: İrəvan bu güzəştləri itirə bilər!

İrəvanın Moskva ilə müttəfiqlik münasibətlərinin statusuna yenidən baxması Ermənistanın Rusiya qazının qiymətindəki güzəştləri itirməsinə səbəb ola bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kalugin "RİA Novosti"yə müsahibəsində bildirib.

"Ermənistanla bizim ikitərəfli münasibətlərin imtiyazlı, müttəfiqlik statusunu təsbit edən geniş müqavilə-hüquq bazamız var. Əgər Ermənistan hökumətin xarici siyasətin "diversifikasiyası" çərçivəsində bu statusa yenidən baxmaq istəyirsə, bu, onların hüququdur. Lakin o zaman Moskvanın yalnız öz müttəfiqlərinə təqdim etdiyi güzəştlərdən də imtina etmək lazım gələcək. Belə güzəştlərdən biri qazın qiymətidir", - deyə Kalugin bildirib.

Diplomat vurğulayıb ki, Rusiya tərəfi Ermənistanın digər ölkələrdən qaz almasına qarşı deyil, çünki belə imkan 2013-cü il Rusiya-Ermənistan qaz sazişində nəzərdə tutulub.

"Lakin Rusiya tədarükünün alternativinin nə olduğunu başa düşmək lazımdır. Ermənistanda istehlak olunan qazın 85 faizədək hissəsi Rusiyadan daxil olur - ildə təxminən 2.2-2.7 milyard kubmetr. Tədarüklər ixrac rüsumu olmadan, 1 000 kubmetr üçün 177.5 ABŞ dolları sabit qiymətlə həyata keçirilir. Həmçinin Ermənistan Rusiyadan neft məhsullarını rüsumsuz alır", - deyə departament direktoru bildirib.

Tarix
2026.10.06 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

İlham Əliyev də Trampa təşəkkür etdi

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla