Yuxarı

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət prinsipləri əsasında və bir-birinin maraqlarını nəzərə almaqla inkişaf edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalugin “RİA Novosti”yə müsahibəsində deyib.

“2024-cü ilin dekabrında baş vermiş və Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarının həyatına son qoymuş təyyarə qəzası ilə bağlı səhifəni birlikdə geridə qoya bildiyimiz üçün çox şadıq. Bu hadisə bizim hamımız üçün ümumi faciə oldu”, – deyə o bildirib.

Mixail Kaluginin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında etimad mühitində aparılan dialoqsuz mümkün olmazdı.

O, həmçinin diqqətə çatdırıb ki, Rusiyadan Xəzər dənizi boyunca Azərbaycan və İran ərazisindən keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb qolunun inkişafı istiqamətində işlər davam etdiriləcək.

“Bu meqalayihənin əhəmiyyəti Rusiya-Azərbaycan gündəliyinin çərçivəsindən çox kənara çıxır”, – deyə Rusiya XİN-in nümayəndəsi vurğulayıb.

Tarix
2026.10.06 / 20:33
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla