Yuxarı

Tramp Fransadakı etirazlardan yazdı: İslamla əlaqəlidir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Fransadakı etirazlardan yazdı: İslamla əlaqəlidir!

ABŞ Prezidenti Donald Tramp Fransada məktəblilərin kütləvi etirazlarını miqrasiya və islamla əlaqələndirərək, ölkədə baş verənlərin təhsil sisteminin vəziyyəti ilə bağlı olmadığını bildirib.

Axar.az xəbər verir ki, Tramp "Truth Social" şəbəkəsində yazıb.

"Fransada baş verənlər nəzarətdən çıxan kütləvi miqrasiyadan başqa bir şey deyil. Söhbət məktəblərdən getmir, söhbət İslamın bir vaxtlar böyük olan ölkəni ələ keçirmək istəyindən gedir", - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, orta məktəb şagirdlərinin etirazları sentyabrın sonlarında İl-de-Frans bölgəsində başlayıb və bütün Fransaya yayılıb. İştirakçılar həddindən artıq çox dərs yükünə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları indiyədək beş mindən çox şəxsi həbs edib ki, bunların 90%-i yetkinlik yaşına çatmayanlardır.

Tarix
2026.10.07 / 01:19
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla