Yuxarı

Məktəbli uşağı olan şəxslərə şad xəbər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəbli uşağı olan şəxslərə şad xəbər...

2026–2027-ci tədris ilindən etibarən “Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndiriləcək. Platformadan Bakı ilə yanaşı, ölkənin digər regionlarında da istifadə olunacaq.

Axar.az xəbər verir ki, yeni tədris ilindən etibarən platformaya Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəb qoşulacaq.

Beləliklə, ümumilikdə daha 194 məktəbdə “Rəqəmsal məktəb” platformasından istifadə ediləcək.

Platformanın tətbiqində əsas məqsəd təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəçiliyində müasir texnologiyalardan istifadəni genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında əlaqəni daha çevik və səmərəli təşkil etməkdir.

Yeni imkanlar çərçivəsində müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq. Bununla da kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması nəzərdə tutulur.

Bundan başqa, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərdən də yararlana biləcəklər. Bu imkanların müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına, müasir texnologiyalardan daha səmərəli istifadəyə və tədrisin fərdiləşdirilməsinə xidmət edəcəyi bildirilir.

Şagirdlər platforma üzərindən müxtəlif tədris resurslarına çıxış əldə edəcək, dərs cədvəlləri ilə tanış olacaq və qiymətlərini elektron qaydada izləyə biləcəklər.

Valideynlər isə şəxsi kabinetləri vasitəsilə övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə biləcəklər. Bu, onların övladlarının təhsil prosesi və məktəbdəki fəaliyyəti barədə daha operativ məlumatlanmasına imkan verəcək.

Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin rəqəmsal həllərdən yararlanması və təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkili hədəflənir.

Tarix
2026.10.06 / 22:18
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla