Yuxarı

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Sərhədi keçərək Şəkidə (Ermənistanın Zəngəzur bölgəsindəki kənd - red.) saxlanılan azərbaycanlı hərbçi bir müddət Ermənistanda qalacaq.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Cinayət işi üzrə prosedurlar Ermənistanda həyata keçiriləcək. İstintaq gedir, hazırda o, həbsdədir”, - Paşinyan deyib.

Mümkün mübadilə ilə bağlı suala cavabında konkret mövqe bildirməyən Paşinyan qeyd edib:

“Tutaq ki, biz onlara deyirik: əsirlərdən birini bizə verin ki, biz də bu əsgəri verək. Bəs sabah bizim əsgər onların tərəfinə keçsə, onda kimi verəcəyik?”

Paşinyan həmçinin Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verməsinə baxmayaraq, Şəki kəndinin sakinlərinin niyə xəbərdar edilmədiyi ilə bağlı suala cavabında bildirib ki, hərbçinin Ermənistan ərazisinə keçməsinə dair sübut olmayıb.

Qeyd edək ki, əsgər Nəsimi Musayevin Ermənistanda saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.

Paşinyan bu gün səhər N.Musayevlə bağlı sualı cavablandırmamışdı.

Tarix
2026.10.06 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla