Yuxarı

Ronaldo sükutu pozdu: Mənə verilən söz...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ronaldo sükutu pozdu: Mənə verilən söz...

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu və kapitanı, beşqat "Qızıl top" sahibi Kristiano Ronaldo Portuqaliya millisinin düşərgəsini qəfildən tərk etdiyinə görə üzr istəyib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə portuqaliyalı futbolçunun yaydığı bəyanatda deyilir.

"Mənə verilən sözün pozulmasını gözləmədən millinin düşərgəsini tərk etmək qərarına gəldim. Onlar bir ağızdan mənim yerimin millidə olduğunu deyirdilər. Demək olar ki, 25 illik karyeram ərzində heç vaxt hansısa məşqçinin hər hansı texniki və ya taktiki qərarlarına qarışmamışam.

Komandanın düşərgəsini tərk etdiyimə görə milli komandadakı yoldaşlarımdan üzr istəməliyəm. Portuqaliya xalqından bir daha üzr istəyirəm, lakin verilən sözün tutulmaması mənim üçün həlledici əhəmiyyət kəsb edir. Məşqçinin mənə verdiyi sözü pozmasına baxmayaraq, bu söhbətlərin şahidi olanların təsdiq edə biləcəyi kimi, mən belə hərəkət etməməli idim. Məsuliyyət tamamilə mənim üzərimdədir", - Ronaldo bildirib.

Öz müraciətində o, millinin sıralarını birdəfəlik tərk etmək fikrində olmadığını və istənilən vaxt qayıtmağa hazır olduğunu vurğulayıb:

"Bütün azarkeşlərimə, təbii ki, xüsusən də bütün portuqaliyalılara söz verə bilərəm ki, bizim bir və ya bir neçə vida matçımız olacaq; bunun üçün hələ vaxt var. Buna görə də yaxşı fiziki formada olsam, klubum üçün oynayacaq, qollar vuracağam. Mənə tətbiq edilə biləcək diskvalifikasiyadan sonra millimiz adına yarışmaq və qalib gəlmək üçün bu günə qədər həmişə olduğu kimi hazır olacağam".

Daha əvvəl 41 yaşlı Ronaldo bildirib ki, futbolçuya əsas heyətdə yer zəmanəti verməyən baş məşqçi Jorje Jesusun mətbuat konfransından sonra Portuqaliya millisinin düşərgəsini tərk edib. Hücumçu sentyabrın 27-də portuqaliyalıların 2-1 hesablı qələbəsi ilə başa çatan Millətlər Liqası çərçivəsində Norveç komandası ilə matçda meydana çıxmayıb.

Tarix
2026.10.06 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla