Yuxarı

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Böyük Britaniya ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq haqqında sənədin mətni razılaşdırılıb.

Axar.az xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Lordlar Palatasının üzvü Lord Anas Sarvar X hesabında qeyd edib.

Onun sözlərinə görə, tərəflər nəqliyyat və rəqəmsal infrastruktur üzrə yol xəritəsi də imzalayıblar.

“Bu, iqtisadi və təhlükəsizlik əlaqələrimizi daha da dərinləşdirəcək və münasibətlərimizin növbəti fəslini açacaq”, - o qeyd edib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı təhsil, elm, rəqəmsal transformasiya, enerji və infrastruktur sahələrində əməkdaşlıq barədə razılıq əldə olunub.

“Bu tərəfdaşlıq açıq ticarət, investisiya, innovasiya və ən əsası, insanlar və bizneslər arasında əlaqələr üzərində qurulub”, - açıqlamada vurğulanıb.

Böyük Britaniyanın nümayəndəsi qeyd edib ki, hazırda Bakıda səfərdə olmaqda məqsəd razılaşmaların həyata keçirilməsinə nail olmaq, Britaniya şirkətlərinin, sənayesinin və iş yerlərinin dəstəklənməsidir.

Tarix
2026.10.06 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla