Yuxarı

Bakıda evi, torpağı olanlara şad xəbər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda evi, torpağı olanlara şad xəbər...

Bakıda mənzil və torpaq qiymətlərində artımın ilin sonuna qədər davam edəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Ajans.az-a açıqlamasında oktyabr, noyabr və dekabr aylarında mənzil bazarında təxminən 3-5 faiz, torpaq bazarında isə 5-8 faiz artım ola bilər deyib.

Onun sözlərinə görə, mənzil bazarında hazırda aylar üzrə təxminən 1-1,5 faiz civarında artım müşahidə olunur və ilin sonuna qədər də stabil artım dinamikasının davam edəcəyi gözlənilir.

“Torpağın daha çox artıma məruz qalmaq ehtimalı var. Çünki torpaq artmır, məhduddur, stabildir və eyni zamanda yeni torpaq sahələri əldə etmək imkanlarımız məhduddur. Mənzillərdə isə mövcud tikililərin yerində daha hündür binalar inşa etməklə yaşayış sahəsini artırmaq və tələbi müəyyən qədər qarşılamaq mümkündür”, – deyə sədr qeyd edib.

V.Orucun sözlərinə görə, qiymət artımının daha çox Bakının mərkəzi rayonlarında müşahidə olunacağı gözlənilir: “İndiyə qədər harada qiymətlər artıbsa, yəni əsas mərkəzi rayonlarda – Səbail, Yasamal, Nərimanov, Xətai və Nəsimi rayonlarında bundan sonra da digərlərinə nisbətən daha çox həmin ərazilərdə qiymət artacaq. Bu da onunla bağlıdır ki, infrastrukturun inkişaf səviyyəsi, əhalinin daha çox həmin ərazilərdə məskunlaşması, ictimai iaşə obyektlərinin, iş mərkəzlərinin, molların, rezidensiyaların məhz bu ərazilərdə olması həmin ərazilərdə artım tempini daha çox dəstəkləyir".

V.Oruc əlavə edib ki, regionlardan Bakıya daxili miqrasiya da mərkəzi rayonlara olan tələbi artıran amillərdəndir: “Ölkə əhalisinin – hansı ki, daxili miqrasiya formasında regionlardan Bakıya yönəlirlər – onların da daha çox üstünlük vermək istədiyi ərazilər məhz bunlardır. Buna görə dinamika həmin ərazilərdə digər rayonlarla müqayisədə daha yüksəkdir".

Onun sözlərinə görə, Sabunçu, Suraxanı, Binəqədi və Nizami rayonları qiymət artımı baxımından ikinci qrupda qərarlaşır: “Xəzər, Qaradağ və Pirallahı rayonları isə daha az qiymət artımına məruz qalan ərazilərdir. Qiymət artımında metroya yaxınlıq da mühüm amildir. Əsasən metro yaxınlıqları və gələcəkdə metro xətlərinin artırılacağı ərazilərdə qiymət artımı daha yüksək səviyyədə görünür. Eyni zamanda, bir sıra infrastruktur dəyişiklikləri baş verir. Yaşıl zonanın yaradılması prosesi – hansı ki, bu Xətai rayonu ərazisində mümkün olacaq, 12 hektarlıq ərazi üçün artıq 33 milyon manat həmin layihəyə ayrılıb – həmin əraziyə yaxın yerlərdə də qiymət artımına səbəb ola bilər”.

Sədr Nizami küçəsinin Qış parkı ilə birləşdirilməsi və bəzi ərazilərdə piyada hərəkəti üçün yeni zonaların yaradılmasının da həmin ərazilərdə qiymət artımını dəstəkləyə biləcəyini söyləyib.

V.Oruc söküntülər nəticəsində kompensasiya alan vətəndaşların daşınmaz əmlak bazarında əlavə tələb yaratdığını da bildirib: “Bəli, əlbəttə ki, öz mülkiyyətindən imtina edən, evləri sökülən vətəndaşlar bazarda tələb yaradır. Əgər həmin ərazilərdə binalar inşa olunursa, vətəndaşlar müvəqqəti olaraq kirayə haqları ilə kompensasiya formasında təmin olunurlar və tikinti bitdikdən sonra həmin ərazilərdə mənzil əldə edirlər. Yeni tikilidən mənzil əldə edən vətəndaşların aldığı mənzillərin qiyməti əvvəlki sökülən mənzillərin qiymətindən ən azı 50 faiz yüksək ola bilər. Bu, qiymət artımının bir nüansıdır. Digər tərəfdən, əgər həmin yerlərdə bina tikilmirsə, bu zaman kompensasiya ödənilir. Kompensasiya məbləği sonradan vətəndaş tərəfindən yeni mənzilin alınmasına istiqamətlənir. Bu da bazarda aktivlik yaradır və qiymət artımına təsir göstərir”.

Sədr fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri üzrə də fərqli dinamikanın müşahidə olunacağını bildirib. Onun sözlərinə görə, fərdi yaşayış evlərinin qiymətinə tikinti materiallarının, işçi qüvvəsinin və torpaq sahəsinin qiyməti təsir edir: "Bu üç komponent ilin sonuna qədər qiymət artımına məruz qalacağına görə, fərdi yaşayış evlərinin qiymətində də artımın olacağını gözləyirik.Qeyri-yaşayış sahələrinin qiymətində isə vahid dinamika olmayacaq. Harada əlverişli yerdir, daha çox əhalinin piyada keçdiyi ərazilərdir, harada yüksək səviyyədə ticarət və ictimai iaşə obyektlərinin olması mümkündür, gəlirlidir, orada qiymətlər artacaq. Harada uğurlu deyil, gəlir əldə etmək mümkün deyil, həmin ərazilərdə qeyri-yaşayış sahələrinin qiymətində enmələr baş verə bilər. Bu baxımdan kommersiya obyektlərində qarışıq qiymət dinamikası olacaq”.

V.Oruc hesab edir ki, torpaq sahələrinin qiyməti üzrə artım növbəti illərdə də davam edə bilər:“Torpaq sahələrinin qiyməti yüksək artım tempi ilə davam edəcək. Çünki torpaq sahələri məhduddur və hazırda şəhərin mərkəzində, mərkəzə yaxın yerlərdə tikinti üçün torpaq sahələrinin tapılması çox çətinləşib. Bu baxımdan torpaq sahələrinin ilin sonuna qədər artımı davam edəcək. Hətta növbəti illərdə də bu proses davam edəcək”.

Tarix
2026.10.06 / 22:50
Müəllif
Axar.az
Digər xəbərlər

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla