Yuxarı

Ölkəmizdə un məhsulları bahalaşacaq? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə un məhsulları bahalaşacaq? - Video

Buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddəti 2027-ci il yanvarın 1-də bitir. 2016-cı ildən tətbiq edilən azadolmanın məqsədi əhalinin sosial müdafiəsini gücləndirmək, strateji ərzaq məhsullarının qiymət artımının qarşısını almaq və daxili bazarda sabitliyi təmin etməkdir.

Beləliklə, ötən müddətdə manatın məzənnəsindəki dəyişikliklərin, dünya bazarında buğdanın bahalaşmasının çörəyin qiymətinə təsiri minimallaşdırılıb.

Bəs buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının əlavə dəyər vergisindən azadolma müddətinin artırılması mümkündür?

Axar.az Baku TV-yə istinadla bildirir ki, iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, bu güzəştin müddəti uzadıla bilər:

"Əsas ehtimalım onunla bağlıdır ki, un məhsullarının bahalaşması hökumətin hazırkı sosial siyasətinin məğzinə uyğun gəlmir. Üstəlik, son illər ərzaq qiymətlərinin sürətlə bahalaşması və un məhsullarının sosial cəhətdən həssas təbəqənin ərzaq büdcəsində mühüm paya malik olması hökuməti bu güzəştin davam etməsində maraqlı edir. Bu güzəştin ləğvi avtomatik olaraq yerli buğda yığımını və un istehsalını artırmayacaq. Məsələ burasındadır ki, Azərbaycanda yerli buğda yığımı ümumi buğda tələbatının cəmi 55-60 faizini, ərzaqlıq buğda tələbatının isə yalnız 25 faizini ödəyir. Yəni hökumətin ölkə daxilində ərzaqlıq buğda istehsalını artırmaq planları var. Vergi güzəştlərinin ləğvi un məhsullarının 18 faiz bahalaşmasına gətirib çıxara bilər".

Tarix
2026.10.06 / 21:39
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla