Yuxarı

Rusiyadan açıqlama: Azərbaycanla razılığa gəldik!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan açıqlama: Azərbaycanla razılığa gəldik!

Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Həştərxan şəhərində keçirilən 23-cü iclasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Biz gələcək birgə iş üçün istiqamətləri müəyyən etdik. Rusiya-Azərbaycan əlaqələri qarşılıqlı faydalıdır. Prioritetlərimiz arasında regionda nəqliyyat əlaqələrinin inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının gücləndirilməsi, enerji sektorunda əməkdaşlıq, sənaye kooperasiyasının, o cümlədən gəmiqayırma və kənd təsərrüfatının inkişafı, Xəzərdə əməkdaşlıq üzrə birgə iş var”, - Rusiya rəsmisi vurğulayıb.

Həmçinin A.Overçuk qeyd edib ki, Moskva və Bakı Xəzər dənizində kruiz gəmiçiliyinin işə salınmasına və regionda turizmin inkişafına kömək etmək barədə razılığa gəlib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanın ilk üç ticarət tərəfdaşı sırasındadır:

“Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 10 faizi ölkəmizin payına düşür. Azərbaycan bazarında Rusiya kapitallı 1800-ə yaxın şirkət təmsil olunur”.

A.Overçuk əlavə edib ki, Azərbaycan və Rusiya qarşılıqlı ticarətdə milli valyutalara güvənir.

İclasda Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev təmsil edib.

Tarix
2025.08.22 / 20:37
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla